Biz kimik
“TEMPUS” əczaçılıq şirkəti - Dərman Vasitələri, Bioloji Aktiv Qida Məhsulları (BAQM) və Tibbi Vasitələrin qeydiyyatı, idxalı, marketinqi və satışı ilə məşğul olan müasir Azərbaycan şirkətidir.
“TEMPUS” şirkəti öz daxilində üç qoldan ibarətdir və hər qol aşağıdakı fəaliyyətlərlə məşğuldur:
• “TEMPUS” – marketinq fəaliyyəti
• “Derman” MMC – dərman vasitələrinin qeydiyyatı və idxalı
• “Nes Group” MMC - BAQM və tibbi vasitələrin qeydiyyatı, və idxalı
TARİXİMİZ
“TEMPUS” şirkəti 2011-ci ildən etibarən Azərbaycanda əczaçılıq bazarında fəaliyyət göstərir. 3 məhsul və 3 əməkdaş ilə fəaliyyətə başlamışdır.
“TEMPUS”-un maraqlı tarixi, inkişaf yolu vardır. Hal-hazırda “TEMPUS”un 50+ məhsulu və 100 + əməkdaşı vardır.
“TEMPUS” öz əczaçılıq fəaliyyəti ilə bütün Azərbaycan ərazisini əhatə edir.
“TEMPUS” şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Həmçinin, şirkətin 13 regional bölməsi var:
Regional Bölmələr
Fəaliyyəti haqqında
Bir əczaçılıq şirkəti kimi “TEMPUS”un əsas fəaliyyəti keyfiyyətli, innovativ, təbabətin və zamanın cari tələbatına uyğun məhsulların istehsalçılarını araşdırıb tapmaq və Azərbaycan əczaçılıq bazarına təqdim etməklə əhalinin sağlamlığına öz töhvəsini verməkdir. Professional komandanın sayəsində məhsullarımız haqqında məlumatlar əczaçılar, həkim və pasiyentlərə çatdırılır.
Əsas istiqamətlər
- Əczaçılıq bazarının araşdırılması, analizi, qeydiyyat
- Dərman vasitələrinin (Rx və OTC), BAQM və Tibbi vasitələrin marketinqi
- İstehsalçılar üçün konsaltinq xidməti
“TEMPUS”un əsas təbliğat və marketinq vasitələri
Tibbi-maarifləndirici konfranslar, ölkə daxilində və xaricində tibb sərgilərində iştirak, satış komandası tərəfindən məhsullar haqda təbliğat materiallarının tibb müəssislərində həkim və əczaçılara çatdırılması, KİV (TV, sosial şəbəkələr) vasitəsilə reklamlar və s.
Fəaliyyət göstərdiyi əsas terapevtik sahələr
Missiya
- Tibbi tövsiyələrin pasiyent tərəfindən izlənməsinin iqtisadi-sosial dəyərini qəbul etmək
- Azərbaycan əczaçılıq bazarını ən son tibbi tövsiyələrdə yer alan tərkiblərlə (FDA, EMA və s.) təmin etmək
- Effektiv, təhlükəsiz və innovativ məhsulları əlçatan etməklə pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq
- Etik və davamlı biznes sistemi sayəsində hər zaman əhalinin sağlamlığının qayğısına qalmaqla rifahı üçün çalışmaq
- Öz missiyamızı motivasiya, həvəs, komanda ruhu və bütün müştərilərimizə münasibətdə məsuliyyət hissi ilə yerinə yetirmək
Vizion
- Azərbaycanda əczaçılıq bazarının liderinə çevrilmək
- Məhsullarımız üçün geniş istifadəçi auditoriyası toplamaq
- Məhsullarımızın hər ailə üçün əlçatan olmasını təmin etmək
- Xarici ölkələrdə filiallar yaratmaq
- Beynəlxalq kampaniyaya çevrilmək
Bizim Yerimiz
+(994) 12 564 43 45